Bu həftə İran hökuməti isveçrəli diplomata iyul ayında İran sərhədini qanunsuz keçməkdə günahlandırılan üç amerikalı səyahətçi ilə görüşməyə icazə verib. Bu haqda "Azadlıq" radiosu xəbər verir.
Diplomatın sözlərinə görə, iki kişi və bir qadının vəziyyəti normaldır. Saxlanılan şəxslərin ailə üzvlərinin dediklərinə görə, Tehran həbsxanasında diplomata onlarla 40 dəqiqə danışmaq üçün icazə verilib.
Bu, isveçrəli diplomatın həbs olunanlarla ikinci görüşü olub.
İyul ayında üç amerikalı səyahətçi İraqın şimalında səyahət zamanı İran sərhədini keçiblər. Amerika hökuməti bunun təsadüfən baş verdiyini qeyd edir.