Suriyanın xarici işlər naziri Vəlid əl-Müəllim İrana səfər edəcək. Məlumatı İranın İRNA xəbər agentliyi yayıb.
Əl-Müəllim ikigünlük səfəri zamanı İran rəsmiləri ilə, o cümlədən iranlı həmkarı Mənuçöhr Müttəki ilə görüş keçirəcək. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər Vəlid əl-Müəllimin İran rəsmiləri ilə müzakirələrinin əsasını təşkil edəcək. Məlumatda səfərin dəqiq vaxtı açıqlanmasa da yaxın bir həftə ərzində baş tutacağı göstərilib.