...

İranın Bəndər Abbas şəhərində zəlzələ baş verib, 269 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 4 Noyabr 2009 10:40 (UTC +04:00)
Çərşənbə günü səhər saatlarında İranın Bəndər Abbas şəhərində zəlzələ baş verib. İlkin məlumatlara görə, 269 nəfər xəsarət alıb. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.
İranın Bəndər Abbas şəhərində zəlzələ baş verib, 269 nəfər xəsarət alıb

Çərşənbə günü səhər saatlarında İranın Bəndər Abbas şəhərində zəlzələ baş verib. Yeraltı təkanlar şəhərin 10 kilometrliyində 4.9 bal gücündə qeydə alınıb. İlkin məlumatlara görə, 269 nəfər xəsarət alıb. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

"Xəsarət alanlardan 44 nəfərin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, digər yaralılar isə ambulator tibbi yardımdan sonra evə buraxılıblar", - deyə İranın Hörmuzqan əyalətinin fövqəladə hallar təşkilatının başçısı Əhməd Qeybi deyib.

Qeybinin sözlərinə görə, hazırda Bəndər Abbas şəhərində vəziyyət stabildir, lakin əhali hələ də evdə qalmaqdan qorxur. "Dəymiş ziyanın məbləği hələ ki, dəqiq məlum deyil, lakin əhalinin verdiyi məlumatlara əsasən, zəlzələ 2 evin tamamilə dağılmasına, 31 evin isə nisbətən zədə görməsinə səbəb olub", - deyə Qeybi bildirib.

Bu gün səhər İranın Bəndər Abbas .

Xəbər lenti

Xəbər lenti