...

İranın Turə-Ərak magistral yolunda sərnişin avtobusu aşıb, 14 nəfər həlak olub

Dünya xəbərləri Materials 18 Noyabr 2009 12:40 (UTC +04:00)
Ötən gecə yerli vaxtla 01:20 radələrində İranın Turə-Ərak magistral yolunda Ərak şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb, 14 nəfər həlak olub, 7 nəfər yaralanıb.
İranın Turə-Ərak magistral yolunda sərnişin avtobusu aşıb, 14 nəfər həlak olub

Ötən gecə yerli vaxtla 01:20 radələrində İranın Turə-Ərak magistral yolunda Ərak şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusu aşıb, 14 nəfər həlak olub, 7 nəfər yaralanıb. Bu barədə İran Televiziyasının rəsmi saytı Iribnews məlumat yayıb.

Turə Şəhər Yol Polisinin məlumatına əsasən, hadisəyə yolun sürüşkən olması, yüksək sürət və sürücünin idarəetməni itirməsi səbəb olub. Məlumatda həmçinin bildirilir ki, ötən gecə Ərakdan Turə istiqamətində hərəkət edən digər bir sərnişin avtobusu da aşıb. Hadisə nəticəsində 8 nəfər yaralanıb.

Hər iki hadisədə xəsarət alanlar Şazənd şəhər xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti