...

Aksiya üçün rəsmi icazə gözləyirik - İranın islahatçı lideri

Dünya xəbərləri Materials 17 Dekabr 2009 16:49 (UTC +04:00)
İran islahatçılarının lideri Mir Hüseyn Musəvi islahatçı düşərgəni təmsil edən "Kələmə" saytına bildirib ki, dinc aksiya keçirmək üçün hökumətin müvafiq srtukturlarına müraciət etmişik və cavab gözləyirik.
Aksiya üçün rəsmi icazə gözləyirik - İranın islahatçı lideri

İran islahatçılarının lideri Mir Hüseyn Musəvi islahatçı düşərgəni təmsil edən "Kələmə" saytına bildirib ki, dinc aksiya keçirtmək üçün hökumətin müvafiq srtukturlarına müraciət etmişik və cavab gözləyirik.

Prezidentliyə sabiq namizəd Musəvi bildirib ki, o, Mübariz Ruhanilər Təşkilatı və Mehdi Kərrubi ilə birgə iqtidara qarşı dinc aksiya keçirtmək üçün müraciət edib.

İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə sabiq prezidentliyə namizədlər etiraz edib. İslahatçı namizədlər Mir Hüseyn MusəviMehdi Kərrubi seçkilərdə geniş saxtakarlıq olduğunu bildiriblər. Seçkilərdən sonra İranda başlanan etiraz aksiyaları, müşahidəçilərin fikrincə, 1979-cu il İslam İnqilabından sonra analoqu olmayan səviyyədə keçib. Yüzlərlə siyasi fəal həbs olunub və onlarla vətəndaş həlak olub.

İranda Prezident Mahmud Əhmədinejadın hakimiyyətinə qarşı narazılıqlar hələ də davam edir. Müxalifət Məhərrəm ayında keçiriləcək matəm mərasimlərində daha geniş aksiyalara hazırlaşır.

Musəvi ölkədə "hədələmək və qorxu yaratmaq" kimi vasitələrlə xalqı sakitləşdirməyə çalışan hakimiyyəti tənqid edərək bildirib ki, xalqa təhlükəsizlik lazımdır.

Xəbər lenti

Xəbər lenti