...

Aşura günü baş verən iğtişaşlarda 120 polis xəsarət alıb - İranın polis komandanı

Dünya xəbərləri Materials 30 Dekabr 2009 10:59 (UTC +04:00)
İran hüquq-mühafizə qüvvələrinin komandanı general İsmayıl Əhmədi Müqəddəm bildirib ki, Aşura günü Tehranda baş verən iğtişaşlar zamanı 120 polis xəsarət alıb.
Aşura günü baş verən iğtişaşlarda 120 polis xəsarət alıb - İranın polis komandanı

İran hüquq-mühafizə qüvvələrinin komandanı general İsmayıl Əhmədi Müqəddəm bildirib ki, Aşura günü Tehranda baş verən iğtişaşlar zamanı 120 polis xəsarət alıb. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Müqəddəm əlavə edib ki, xəsarət almış şəxslərdən 60 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanada müalicə olunur. "Xəsarət alanlar içində bir polis komandiri yaralanıb və bir polisin gözləri kor olub", - Müqəddəm deyib.

Onun sözlərinə görə, Aşura günü baş vermiş iğtişaşlar zamanı 500 nəfər həbs olunub, onlardan 200-ü ilkin araşdırmadan sonra azadlığa buraxılıb, 300-ü isə hələ də həbsdədir.

Dekabrın 27-də Tehranda Aşura günü müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. Beynəlxalq mətbuatda yayılan şəkillərdən aksiyalarda xalqın polisə hücumu, daşlaması və polis motosikletlərini odun içinə atması görünür. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub.

Xəbər lenti

Xəbər lenti