...

Təbrizin "Vəliəsr" univermağında yanğın baş verib

Dünya xəbərləri Materials 11 Yanvar 2010 16:58 (UTC +04:00)
İranın Təbriz şəhərinin "Vəliəsr" univermağında yanğın baş verib. Yanğın univermağın zirzəmisində kimyəvi məhsullar saxlanılan anbardan başlayıb. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.
Təbrizin "Vəliəsr" univermağında yanğın baş verib

İranın Təbriz şəhərinin "Vəliəsr" univermağında yanğın baş verib. Yanğın univermağın zirzəmisində kimyəvi məhsullar saxlanılan anbardan başlayıb. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Hadisə nəticəsində univermağın bir neçə mağazasına külli miqdarda ziyan dəyib. Yanğın yerli vaxtla saat 01:05 dəqiqədə başlayıb və 4 yanğınsöndürmə briqadası hadisə yerinə gəlib. Yanğını üç saat yarımdan sonra söndürmək mümkün olub. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti