...

İranda 15 iqtidar və müxalifətyönlü qəzetə xəbərdarlıq edildi

Dünya xəbərləri Materials 21 Yanvar 2010 10:56 (UTC +04:00)
İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuat İdarəsi ölkənin tanınmış qəzetlərindən olan və hakimiyyət və müxalifətyönlü 15 qəzetə xəbərdarlıq edib.
İranda 15 iqtidar və müxalifətyönlü qəzetə xəbərdarlıq edildi

İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuat İdarəsi ölkənin tanınmış qəzetlərindən olan və hakimiyyət və müxalifətyönlü 15 qəzetə xəbərdarlıq edib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Mətbuat İdarəsi cümə axşamı "Tehran Emruz" ("Tehran bu gün"), "Bahar", "Tosee" ("İnkişaf"), "Ruzan" ("Günlər"), "Cahan-e İqtisad" ("İqtisadiyyat dünyası"), "İttilaat" ("Məlumatlar"), "Etimad" ("İnam"), "Əsrar" ("Sirrlər"), "Cahan-e Sənət" ("Sənaye dünyası"), "Mərdom Salari" ("Demokratiya), "Arman" ("Dəyər"), "Comhuri" ("Respublika"), "Pul", "Fərhixtegan" ("Ziyalılar") və "Afərineş" ("Yaranış") qəzetlərinə məqsədəmüvafiq fəaliyyət göstərmədiklərinə görə xəbərdarlıq edib.

Məlumata əsasən, "Tehran Emruz" , "Bahar", "Tosee", "Ruzan", "Cahan-e İqtisad" qəzetləri yanvarın 18-də proqmatik Konservativlər düşərgəsindən olan Əli Mütəhhərinin İranın Prezident Aparatının rəhbəri Rəhim Məşaiyə yazdığı cavab məktubunu, "İttilaat", "Etimad", "Əsrar", "Cahan-e Sənət", "Mərdom Salari" və "Bahar" qəzetləri yanvarın 20-də İranın sabiq prezidenti İslahatçılar düşərgəsindən olan Məhəmməd Xatəminin çıxışını, həmçinin "Arman" "Comhuri" "Pul", "Tehran Emruz" , ", "Cahan-e İqtisad" ,"Bahar", "Fərhixtegan" və "Afərineş" qəzetləri yanvarın 19-da İranın sabiq Ali Təhlükəsizlik Şurasının katibi Həsən Ruhaninin yazısını dərc etdiklərinə görə xəbərdarlıq alıblar.

Bu qəzetlərdə ölkə prezidentinin şərəf və ləyaqətini təhqir edən, ölkədə sabitliyi pozmağa yönələn və b. materiallar yer alıb.

Xəbər lenti

Xəbər lenti