Gürcüstan, Tbilisi, 12 fevral / Trend , müxbir N.Kirsxaliya/
Tbilisi Beynəlxalq Aeroportu Qazaxıstan şirkətinə məxsus olan təyyarələrdən birinin uçuş zolağından çıxması nəticəsində iflic vəziyyətinə düşüb. Aeroport müdiriyyətindən bildirildiyi kimi, yük təyyarəsi bu gün səhər zolaqdan çıxıb, lakin nəticədə zərərçəkən olmayıb.
Qazaxıstan təyyarəsi Alma-Atıdan Honkonqa uçurmuş və Tbilisidə yanacaq doldurmalı imiş. Lakin eniş zamanı o zolaqdan çıxıb.
Onun zolağa qaytarılması və təyyarələr üçün meydana gətirilməsi üçün təyyarənin yükünün boşaldılması prosesi gedir.
Hazırda bir neçə beynəlxalq reys təxirə salınıb və aeroport Avropadan gələn iki təyyarəni qəbul edə bilməyib. Onlar Yerevanda eniblər.
Hələlik aeroport saat 12.00-dək bağlıdır.