...

Sanksiyalar İrana təsir etməyəcək - Əhmədinejad

Dünya xəbərləri Materials 16 Fevral 2010 17:52 (UTC +04:00)
Hazırda heç bir sanksiya İrana təsir etməyəcək. Bunu İRİNN telekanalının canlı efirində mətbuat konfransında çərşənbə axşamı İran Prezidenti Mahmud Əhmədinejad deyib.
Sanksiyalar İrana təsir etməyəcək - Əhmədinejad

Hazırda heç bir sanksiya İrana təsir etməyəcək. Bunu İRİNN telekanalının canlı efirində mətbuat konfransında çərşənbə axşamı İran Prezidenti Mahmud Əhmədinejad deyib.

O həmçinin əlavə edib ki, 30 il ərzində tətbiq edilən bütün sanksiyalar və çətin şərtlər İranın son dərəcədə inkişafına səbəb olub.

"Əgər hər hansı bir dövlət İran xalqına zərər verməyə qərar verərsə, biz əvvəlki bəyanatlarda olduğu kimi reaksiya göstərməyəcəyik və konkret addımlarla cavab verəcəyik", - Əhmədinejad deyib.

O, İranın sanksiyalara cavab olaraq konkret addımlarını açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti