...

Türkiyə Prezidenti ABŞ Konqresinin komitəsində "erməni soyqırımı" qətnaməsinin qəbulu ilə bağlı təəssüfünü bildirib

Dünya xəbərləri Materials 5 Mart 2010 11:04 (UTC +04:00)

Türkiyə Prezidenti Abdullah Gül qondarma "erməni soyqırımı" haqqında qətnamənin ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində qəbul olunması ilə əlaqədar təəssüf etdiyini bildirib. Məlumatı Anadolu agentliyi yayıb.

Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs lehinə, 22 səs əleyhinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

"Bu qərar məntiqəuyğun deyil. Mən bu qərarı pisləyirəm. Bu, Türkiyə xalqı üçün heç bir məna kəsb etmir. Türkiyə bu səsvermənin mənfi nəticələrinə görə məsuliyyət daşımayacaq", - Abdullah Gül bəyan edib.

Anoloji qətnamə 2007-ci ildə 27 səs lehinə, 21 səs əleyhinə olmaqla qəbul edilmişdi, lakin keçmiş Prezident Corc Buşun müdaxiləsi nəticəsində qətnamə Nümayəndələr Palatasında səsverməyə göndərilməmişdi. Agentlik qeyd edir.

Xəbər lenti

Xəbər lenti