...

Türkiyə Ermənistanla münasibətlər məsələsində heç bir təzyiqə boyun əyməyəcək - XİN başçısı

Dünya xəbərləri Materials 9 Mart 2010 10:23 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi bildirib ki, onun ölkəsi Ermənistanla münasibətlər məsələsində heç bir təzyiqə boyun əyməyəcək.
Türkiyə Ermənistanla münasibətlər məsələsində heç bir təzyiqə boyun əyməyəcək - XİN başçısı

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi bildirib ki, onun ölkəsi Ermənistanla münasibətlər məsələsində heç bir təzyiqə boyun əyməyəcək. Məlumatı Anadolu agentliyi bildirir.

"Biz heç bir güşəztə getməyəcəyimiz məsələlərdə Türkiyəyə təzyiq göstərməyə heç kimə imkan vermərik". - Davudoğlu Ankarada mavritaniyalı həmkarı Naha Mint Muknass ilə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi ötən cümə axşamı qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib. 23 konqresmen qətnamənin lehinə, 22-si əleyhinə səs verib.

Səsvermədən dərhal sonra Türkiyə məsləhətləşmələr üçün Vaşinqtondakı səfiri Namiq Tanı
geri çağırıb.

Davudoğlu bu gün Tan ilə görüşdüyünü bildirib. O əlavə edib ki, onların məsləhətləşmələri müəyyən müddət ərazində davam edəcək.

Xəbər lenti

Xəbər lenti