...

Almaniya səfiri İran XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 10 Mart 2010 17:18 (UTC +04:00)
Almaniya səfiri Brend Erbel, ötən həftə Almaniyada həbs edilmiş "Pejak" qruplaşması liderinin azad edilməsinə etiraz olaraq İran XİN-ə çağırılıb.
Almaniya səfiri İran XİN-ə çağırılıb

Almaniya səfiri Brend Erbel, ötən həftə Almaniyada həbs edilmiş "Pejak" qruplaşması liderinin azad edilməsinə etiraz olaraq İran XİN-ə çağırılıb.

PKK terrorist qruplaşmasının İran cinahı olan "Pejak"ın rəhbəri Əbdürrəhman Hacıəhmədi Almaniyada həbs edilib.

İranın Kürdüstan əyalətində fəaliyyət göstər'n "Pejak" qruplaşması ilə İran ordusu arasında dəfələrlə baş verən atışma zamanı xeyli sayda əsgər ölüb. Qruplaşma Kürdüstanı İrandan ayırmaq məqsədi ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti