...

İranda boşananların sayı artıb, ailə quranlar isə azalıb

Dünya xəbərləri Materials 13 Mart 2010 14:47 (UTC +04:00)
İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Təşkilatının statistik məlumatına görə, bu ölkədə ötən 11 ay ərzində (İranda il martın 21-də dəyişir) boşananların sayı ötən illə müqayisədə 2.13 faiz artıb, evlənənlərin sayı isə 5,2 faiz azalıb. Bu barədə Trend News İranın İRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
İranda boşananların sayı artıb, ailə quranlar isə azalıb

İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı Təşkilatının statistik məlumatına görə, bu ölkədə ötən 11 ay ərzində (İranda il martın 21-də dəyişir) boşananların sayı ötən illə müqayisədə 2.13 faiz artıb, evlənənlərin sayı isə 5,2 faiz azalıb. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Ailə qurmuş şəxslərin yaş həddi kişilərdə və qadınlarda 20-24, boşananların yaş həddi isə qadınlarda 29-30, kişilərdə 34-35 təşkil edir.

Məlumata əsasən, bu ilin ötən 11 ayında İranda 1 milyon 240 min 259 uşaq dünyaya gəlib; 359 min 723 ölüm faktı qeydə alınıb; 804 min 628 min nəfər evlənib və 114 min 674 nəfər isə boşanıb.

Məlumatda doğum hallarının 5,3 faiz artdığı, ölüm hallarının isə 5,6 faiz azaldığı qeyd olunur.

Xəbər lenti

Xəbər lenti