...

Azərbaycan ombudsmanı BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə nümayəndəsini qəbul edib

Dünya xəbərləri Materials 19 Mart 2010 19:57 (UTC +04:00)
Azərbaycan ombudsmanı Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə nümayəndəsi Vladlen Stefanovu qəbul edib.
Azərbaycan ombudsmanı BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə nümayəndəsini qəbul edib

Azərbaycan, Bakı, 19 mart / Trend /

Azərbaycan ombudsmanı Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə nümayəndəsi Vladlen Stefanovu qəbul edib. Bu barədə Ombudsman Aparatınından Trend -a daxil olan məlumatda bildirilir.

Ali Komissarlıqla əməkdaşlığın əhəmiyyətini qeyd edən Elmira Süleymanova, insan hüquqları sahəsində əlaqələrin genişləndirilməsində Ombudsman təsisatının da maraqlı olduğunu bildirib.

Azərbaycanda Ombusdman fəaliyyətini yüksək qiymətləndirən Stefanov, insan hüquqları sahəsində işin daha da təkmilləşdirilməsi ilə bağlı müvəkkilin təkliflərinin səmərəli olduğunu, təsisatın daim birgə əməkdaşlığın davam etdirilməsinin, informasiya mübadiləsinin zəruriliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti