Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu saxta "erməni soyqırımı"nın qəbul edilməsindən sonra ABŞ və İşveçdən geri çağırılan Türkiyə səfirlərinin vaxtı gələndə bu ölkələrə dönəcəyini bildirib. Məlumatı Türkiyənin CNN Türk telekanalı yayıb.
"İsveç və ABŞ-dakı səfirlərimiz vaxtı gələndə qeri qayıdacaqlar", - Davudoğlu deyib.
ABŞ və İşveç parlamentlərində saxta "erməni soyqırımı"nın qəbul edilməsinə münasibət bildirən Davudoğlu qeyd edib ki, Türkiyə bu məsələdə beynəlxalq hüquq normalarından istifadə edəcək.