...

Təbriz - Zəncan magistral yolunda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 27 Mart 2010 13:37 (UTC +04:00)
İranın Təbriz - Zəncan magistral yolunda Təbrizdən Tehrana gedən sərnişin avtobusu aşıb; hadisə nəticəsində 3 nəfər ölüb, 37 nəfər yaralanıb. Bu barədə Trend News İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
Təbriz - Zəncan magistral yolunda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var

İranın Təbriz - Zəncan magistral yolunda Təbrizdən Tehrana gedən sərnişin avtobusu aşıb; hadisə nəticəsində 3 nəfər ölüb, 37 nəfər yaralanıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, hadisə bu gün günorta baş verib. Zəncan Şəhəri Fövqəladə Hallar İdarəsinin icraçı-direktoru Məhəmmədrza Bərati bildirib ki, sərnişin avtobusu magistral yoldakı bardura dəyərək aşıb. "Hadisə nəticəsində yaralananların vəziyyəti ağırdır və ölənlərin sayının artacağı ehtimal olunur", - deyə Bərati deyib.

O əlavə edib ki, hadisə nəticəsində yaralananlar Zəncan şəhər xəstəxanasına çatdırılıb. Onun sözlərinə görə, qəzaya səbəb sürücünün yuxulu olması və nəqliyyat vasitəsində idarəetməni itirməsi olub.

Xəbər lenti

Xəbər lenti