...

Türkiyə hökuməti ölkədə hüquqi haqları pozur - eks-prezident

Dünya xəbərləri Materials 1 Aprel 2010 14:25 (UTC +04:00)

Türkiyənin eks-prezidenti Əhməd Nejdət Sezər indiki hökuməti Konstitusiyaya dəyişikliklərin edilməsi yolu ilə ölkədə hüquqi haqların pozulmasında ittiham edib. CNN Turk bildirir.

Hakim Ədalət və İnkişaf Partiyası ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendum keçirmək niyyətindədir.

Dəyişikliklər prezidentin səlahiyyət müddətinin artırılmasını, səlahiyyət müddəti başa çatdıqdan sonra prezidentliyə namizədliyin təkrar irəli sürülməsini, ombudsmanın təyinatını və siyasi partiyaların bağlanması prosesinin çətinləşdirilməsini nəzərdə tutur.

Konstitusiya dəyişiklikləri haqqında qərar martın 29-da ölkədə bələdiyyə seçkiləri keçirildikdən sonra qəbul olunub.

"Konstitusiyaya dəyişikliklər qanunu pozur", - 2000-ci ildən 2007-ci ilədək Türkiyə Prezidenti postunu tutmuş Nejdət Sezer bildirib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Konstitusiyanın bundan sonra Türkiyənin inkişafına əngəl törətməməsi üçün referendum yaxın vaxtlarda keçirilməlidir. Bundan ötrü hökumət ölkənin müxalifət partiyalarının dəstəyini qazanmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti