Türkiyənin Hakkari əyalətində Kürdüstan İşçi Partiyasının (PKK) döyüşçüləri ilə Türkiyə Ordusu arasında silahlı toqquşma baş verib. Bu barədə Türkiyənin "Milliyət" qəzeti məlumat verib.
"Təsdiqlənməyən məlumata əsasən, atışma nəticəsində PKK-nın xeyli sayda döyüşçüsü həlak olub", - qəzet yazır.