Türkiyə Xarici İşlər Nazirliyinin yazılı bəyanatında deyilir ki, Qırğızıstan hadisələri narahatlıq yaradır və insan tələfatı Türkiyədə kədər doğurub. TRT-nin rus xidməti məlumat yayıb.
"Bizim Qırğızıstandakı vətəndaşlarımız üçün bu hadisələr təhlükə yaratmır, Türkiyənin Qırğızıstandakı Səfirliyi oradakı vətəndaşlarımızın maksimum ehtiyatlı olması barədə çağırış dərc edib", - bəyanatda deyilir.
Türkiyənin Bişkekdəki Səfirliyi də Qırğızıstanın səlahiyyətli şəxslərinə müraciət edərək, ölkədəki türk təşkilatlarının təhlükəsilziyini təmin etməyə çağırıb.
Bu arada "Türk Hava Yolları" Şirkətinin İstanbul-Bişkek aviareysi təxirə salınıb. Reys çərşənbə günü axşam baş tutmalı idi.