Bazar ertəsi Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldıza hücum edən şəxs boksçudur. Bu barədə "Anadolu" agentliyi bildirir.
Kayseri şəhərində kürd separatçılarla toqquşmalar nəticəsində həlak olan zabitin dəfn mərasimində iştirak edən Yıldız gözlənilmədən yerli bədən tərbiyəsi müəlliminin hücumuna məruz qalıb. İnsident nəticəsində Yıldızın burnu sınıb.
Yaralı nazir ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yardım göstərildikdən sonra o, evə buraxılıb.
Hücum edən şəxs və digər üç nəfər dərhal polis tərəfindən saxlanılıb, istintaq aparılır.