...

İranda baş vermiş zəlzələ heç bir zərər yetirməyib

Dünya xəbərləri Materials 28 Aprel 2010 12:32 (UTC +04:00)

Çərşənbə günü İranın Hörmüzgan əyalətində baş vermiş 5,0 maqnitudalı zəlzələ heç bir zərər yetirməyib. Bu barədə IRINN telekanalının rəsmi saytı məlumat verib.

Hörmüzgan Şəhər Fövqəladə Hallar İdarəsinin rəisi deyib ki, beşballıq zəlzələ yerli vaxtla saat 03:28-də Hörmözganın yaxınlığındakı Xəmir limanında baş verib. Bundan sonra 3,4 və 3,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Yer kürəsinin seysmik baxımdan ən təhlükəli əraziləri onluğuna daxil olan İranda, təxminən, hər on ildən bir 7,0-dan çox maqnitudalı zəlzələ baş verir.

2003-cü ildə Bəm, 2005-ci ildə isə Zərənd şəhərində (Kirman əyaləti) baş vermiş zəlzələlər zamanı 31 mindən çox adam həlak olub, 42 minə yaxın adam yaralanıb. Qədim Bəm şəhəri, demək olar ki, tamamilə dağılıb və şəhər indiyə kimi axıradək bərpa olunmayıb.

Xəbər lenti

Xəbər lenti