Bu gün günorta saatlarında İranın Yəzd əyalətinin Behabad şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın IRNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 13:33-də baş verdiyini qeyd edib.
Hələlik zəlzələ nəticəsində dağıntılar, ölən və yaralananlar haqqında məlumat yoxdur.