...

Bu gün İranda İslam İnqilabının banisi Ayətullah Xomeyninin vəfatının 21-ci ildönümü qeyd olunur

Dünya xəbərləri Materials 4 İyun 2010 10:42 (UTC +04:00)
İran İslam İnqilabının banisi və qurucusu Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 21-ci ildönümü bu gün İranda qeyd olunur. Bu mərasim İranın bütün şəhərlərində, xüsusilə paytaxt Tehranda təntənə ilə anılır. Mərasimə qatılmaq üçün ölkənin müxtəlif şəhər və rayonlarında əhali Tehrana Xomeyninin qəbrini ziyarət etmək üçün axışır. Bu barədə Trend İranın MEHR agentliyinə istinadən məlumat verir.
Bu gün İranda İslam İnqilabının banisi Ayətullah Xomeyninin vəfatının 21-ci ildönümü qeyd olunur

İran İslam İnqilabının banisi və qurucusu Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 21-ci ildönümü bu gün İranda qeyd olunur. Bu mərasim İranın bütün şəhərlərində, xüsusilə paytaxt Tehranda təntənə ilə anılır. İran rəsmilərinin açıqlamasına görə, mərasimə qatılmaq üçün ölkənin müxtəlif şəhər və rayonlarından 2 milyon nəfər Tehrana Xomeyninin qəbrini ziyarət etmək üçün gəlib. Bu barədə Trend İranın MEHR agentliyinə istinadən məlumat verir.

İran İslam Respublikasının mənəvi lideri və qurucusu Ayətullah Xomeyni 1902-ci ildə, sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olub. Xomeyni öz dövründə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək, şah Rza Pəhləvi rejiminə qarşı mübarizə aparıb. O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altımaddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başlayıb. 1961-ci ilin 5 iyununda baş verən qanlı hadisədən sonra, rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək, Tehrandakı İşrətabad hərbi həbsxanasında saxlanılıb. Sərbəst buraxıldıqdan bir il sonra, kapitalizm əleyhinə söylədiyi nitqinə görə təkrar həbs edilib. Ancaq bu dəfə 1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edilib. Xomeyni bir müddət orada qaldıqdan sonra Türkiyədən İraqa gedib və Nəcəf şəhərinə yerləşib. Xomeyninin oğlu Seyid Mustafanın şahın casusları tərəfindən öldürülməsi ilə İranda xaos meydana gəldi. Şah rejimi əleyhinə üsyan başlandı. Bundan sonra Xomeyni İraqdan Fransanın paytaxtı Parisə sürgün edildi. 1979-cu ildə şahın İrandan qaçmasından sonra, Ayətullah Xomeyni 15 illik sürgün həyatına nöqtə qoyub, böyük bir təntənə ilə İrana qayıtdı. Onun gəlişi ilə inqilabın gedişi daha da sürətləndi və 1979-cu il 11 fevralda Xomeyninin başçılığı ilə İslam İnqilabı qələbə qazandı.

İmam Xomeyni İslam İnqilabının qələbə qazanmasından 10 il sonra - 1989-cu il iyun ayının 4-də - Tehran şəhərindəki ürək xəstəlikləri xəstəxanasında dünyasını dəyişıb.

Xəbər lenti

Xəbər lenti