...

İsrail Qəzza sektorunun blokadasını yüngülləşdirməyə razılıq verib

Dünya xəbərləri Materials 9 İyun 2010 16:49 (UTC +04:00)
İsrail hökuməti Qəzza sektoru blokadasının yüngülləşdirməsi ilə bağlı Böyük Britaniyanın planını qəbul etməyə razılıq verib.
İsrail Qəzza sektorunun blokadasını yüngülləşdirməyə razılıq verib

İsrail hökuməti Qəzza sektoru blokadasının yüngülləşdirməsi ilə bağlı Böyük Britaniyanın planını qəbul etməyə razılıq verib. Məlumatı CNN Turk telekanalı yayıb.

Qəzzadan bəzi məhdudiyyətlərin götürülməsi və sektordakı əhalinin həyatının yaxşılaşdırılması üzrə danışıqlar bir neçə həftədir davam edir. Türk saytı Britaniyanın "Telegraph" agentliyinə istinadən yazır.

Rejimin yumşaldılması artıq üç ildən çox müddətdə blokadada olan anklava əhalisinə içkilərin, un məmulatları və ədviyyatın daşınmasının artırılmasını nəzərdə tutur.

Blokada 2006-cı ildən anklavaya nəzarət edən Fələstinin HƏMAS hərəkatının İsrail əsgəri Qilad Şaliti əsir götürməsindən sonra tətbiq edilib.

İsrail və Britaniya mənbələri İsrailin blokadanı aradan qaldırmaq faktını etiraf etməkdən imtina edirlər. Çünki Aralıq dənizində baş vermiş hadisədən sonra dünya birliyinin ciddi tənqidi ilə üzləşiblər.

İsrail xüsusitəyinatlıları ötən bazar ertəsi gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə 600 nəfər hüquq müdafiəçisindən ən azı 9 nəfəri öldürülüb. Onların 8-i türk vətəndaşıdır.

İsrail əsgərlərinin hərəkətləri İsraillə Türkiyə arasında münasibətlərin kəskin pisləşməsinə səbəb olub. Türkiyə tərəfi hadisənin araşdırılması üçün dərhal beynəlxalq birliyin müdaxiləsini tələb edib. Lakin İsrail BMT-nin mandatı altında İsrail HDQ-nin mülki gəmilərə hücumunun araşdırılması üçün beynəlxalq komissiyanın yaradılması barədə təklifi rədd edir.

İsrail hökuməti araşdırmaları sərbəst aparmaq barədə qərar qəbul edib.

İsrailin ABŞ-dakı səfiri Mixail Oren bəyan edib ki, İsrail özünün araşdırmalar aparmaq imkanına və hüquqa malikdir, o, beynəlxalq təhqiqata məruz qalmayacaq. "Düşünmürəm ki, ABŞ, məsələn, özünün Əfqanıstandakı hərbi əməliyyatlarına görə beynəlxalq araşdırmanın aparılmasını istəsin", - İsrail səfiri deyib.

Aralarında Yaxın Şərq dördlüyünün də daxil olduğu beynəlxalq təşkilatlar İsraili ötən qış anklavaya 22 günlük hücumdan sonra dağılmış evlərin bərpası üçün qadağan olunmuş tikinti materiallarının daşınmasına icazə verməyə çağırıblar.

Xəbər lenti

Xəbər lenti