...

Qalidə Cenevrə danışıqları çərçivəsində görüş keçiriləcək

Dünya xəbərləri Materials 15 İyun 2010 12:14 (UTC +04:00)
Bu gün Qalidə (Abxaziya) Qafqazda təhlükəsizlik üzrə növbədənkənar görüş keçiriləcək. Bu barədə Trend-ə Gürcüstan DİN-dən məlumat verilib.
Qalidə Cenevrə danışıqları çərçivəsində görüş keçiriləcək

Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Qalidə (Abxaziya) Qafqazda təhlükəsizlik üzrə növbədənkənar görüş keçiriləcək. Bu barədə Trend-ə Gürcüstan DİN-dən məlumat verilib. Görüş BMT-nin təşəbbüsü ilə keçirilir.

Görüşdə Abxaziyanın Qali rayonunun Repi və Dixazurqa kəndlərində üç nəfərin ölümü ilə nəticələnən insident müzakirə olunacaq.

Abxaz tərəfi Katsiya gömrüyünün yüksək rütbəli əməkdaşının qatili barədə axtarış elan edib. Belə ki, cəsəd həmin kəndlərin yaxınlığında onun şəxsi avtomobilindən tapılıb.

Görüşdə ənənəvi olaraq Gürcüstan, Rusiya, Abxaziya, BMT və Aİ nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti