...

Gürcüstan insan alveri ilə fəal mübarizə aparan ölkələr sırasındadır – ABŞ Dövlət Departamenti

Dünya xəbərləri Materials 15 İyun 2010 13:55 (UTC +04:00)
Gürcüstan insan alveri ilə fəal şəkildə mübarizə aparan ölkələr sırasındadır. Bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan alverinə qarşı aparılan mübarizə ilə bağlı növbəti illik hesabatında deyilir.
Gürcüstan insan alveri ilə fəal mübarizə aparan ölkələr sırasındadır – ABŞ Dövlət Departamenti

Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan insan alveri ilə fəal şəkildə mübarizə aparan ölkələr sırasındadır. Bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan alverinə qarşı aparılan mübarizə ilə bağlı növbəti illik hesabatında deyilir.

"Son illər Gürcüstanda insan alverinə qarşı fəal mübarizə aparılır. Bunun üçün əlavə vəsaitlər ayrılıb, həmçinin insan alveri qurbanlarının fondu yaradılıb ki, bu da onların vətəndaş inteqrasiyasına kömək edir", - ABŞ Dövlət Departamentinin məruzəsində deyilir.

Məruzə müəllifləri insan alveri faktları təhqiqatının davam etdirilməsi və bu istiqamətdə fondun fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələrini də veriblər.

Xəbər lenti

Xəbər lenti