...

Gürcüstan "əlaçı" olmalıdır – Mixail Saakaşvili

Dünya xəbərləri Materials 15 İyun 2010 16:33 (UTC +04:00)
Yerli seçkilərdə hakim partiyanın inamlı qələbəsi bizim üçün böyük məsuliyyət və çağırışdır. Bu barədə çərşənbə axşamı Batumidə parlamentdəki əksəriyyətlə görüşdə Gürcüstan prezidenti Mixail Saakaşvili deyib.
Gürcüstan "əlaçı" olmalıdır – Mixail Saakaşvili

Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/

Yerli seçkilərdə hakim partiyanın inamlı qələbəsi bizim üçün böyük məsuliyyət və çağırışdır. Bu barədə çərşənbə axşamı Batumidə parlament çoxluğu ilə görüşdə Gürcüstan Prezidenti Mixail Saakaşvili deyib.

"Biz əlbəttə ki, qələbəyə sevinirik. Belə ki, bu inamla qazanılıb. Biz Gürcüstan üzrə səslərin 66 faizini qazanmışıq", - o deyib.

Saakaşvili qeyd edib ki, Milli Birlik Hərəkatı yalnız seçkilərdən seçkilərə işləyən "seçki kampaniyası" partiyası deyil. "Biz qarşımıza müvəffəqiyyətli ölkə olmaq məqsədini qoymuşuq. Belə ki, biz hazırda ya müvəffəqiyyətli ölkə olacağıq, ya da məhv olacağıq", - o əlavə edib.

Prezident qeyd edib ki, Gürcüstan "kafi" qiymət alan ola bilməz. O, yalnız "əlaçı" olmalıdır. "Biz ya "əlaçı" olmalıyıq, ya da məhv olmalıyıq və bunu hamı başa düşməlidir", - o vurğulayıb.

"Bizim vaxtımız azdır. Çünki vaxt əleyhimizə işləyir", - Saakaşvili bildirib.

Xəbər lenti

Xəbər lenti