...

NATO Türkiyənin antiterror mübarizəsini dəstəkləyir

Dünya xəbərləri Materials 21 İyun 2010 19:49 (UTC +04:00)
ATO-nun baş katibi Anders Foq Rasmussen Kürdüstan İşçi Partiyası (PKK) üzvlərinin Türkiyə ərazisindəki terror hücumlarını tənqid edib və Ankaranın antiterror mübarizəsinə tam həmrəy olduğunu bəyan edib.
NATO Türkiyənin antiterror mübarizəsini dəstəkləyir

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Ü.Sadıxova/

NATO-nun baş katibi Anders Foq Rasmussen Kürdüstan İşçi Partiyası (PKK) üzvlərinin Türkiyə ərazisindəki terror hücumlarını tənqid edib və Ankaranın antiterror mübarizəsinə tam həmrəy olduğunu bəyan edib. Bu barədə NATO-nun rəsmi məlumatında deyilir.

"Mən bir neçə gün ərzində türk əsgərlərinin həlak olmasını və Türkiyədəki son terror aktlarını pisləyirəm. Həlak olanların sayı martın əvvəlindən etibarən onlarladır. Bu terror aktlarına heç cür bəraət qazandırmaq olmaz", - baş katib qeyd edib.

Şənbə gününə keçən gecə Şimali İraqda yerləşən separatçı PKK yaraqlıları avtomat və qumbaraatanlardan türk hərbçilərinin Hakkari vilayətindəki mövqelərini atəşə tutublar. Atışma zamanı 8 hərbçi həlak olub, 14-ü yaralanıb. Daha dörd nəfər isə separatçıların basdırdığı minaya düşərək həlak olub.

Türk ordusu hücuma cavab olaraq regionda genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Aviasiya separatçıların İraqın Şimalında yerləşən mövqelərini bombalayıb. Nəticədə Baş Qərargahın şənbə günü verdiyi ilkin məlumatlara görə, ən azı 12 döyüşçü məhv edilib.

Türkiyə hökumətinin rəhbəri Rəcəb Tayyib Ərdoğan və ordu generalı İlker Başbuğ ötən bazar separatçıların hücum etdiyi mövqelərdə olublar. Bazar ertəsi Türkiyə Prezidenti Abdullah Gül siyasi və hərbi rəhbərliklə terrorizmə qarşı mübarizə məsələsinə həsr edilən təcili iclas keçirib.

Xəbər lenti

Xəbər lenti