...

İstanbul aeroportunda təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya xəbərləri Materials 23 İyun 2010 15:03 (UTC +04:00)
Ölkədə tez-tez baş verən terror aktları ilə əlaqədar Mustafa Kamal Atatürk adına İstanbul aeroportunda təhlükəsizlik tədbirləri gücləndirilib.
İstanbul aeroportunda təhlükəsizlik tədbirləri gücləndirilib

Ölkədə tez-tez baş verən terror aktları ilə əlaqədar Mustafa Kamal Atatürk adına İstanbul aeroportunda təhlükəsizlik tədbirləri gücləndirilib, - bu barədə CNN Turk telekanalı məlumat verib.

Çərşənbə axşamı hərbi avtobusun minaya toxunaraq partlaması nəticəsində, üç əsgər və 17 yaşlı qız həlak olub.

Baş verənlərə görə Kürd Fəhlə Partiyasından olan terrorçular məsuliyyət daşıyırlar.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hökumət ölkədə terrorla mübarizə aparmaq üçün hər cür səy göstərir və gələcəkdə də göstərəcək.

Xəbər lenti

Xəbər lenti