...

Türkiyənin axtardığı kürd separatçıları İraqın sərhədlərindən kənardadır – XİN rəhbəri

Dünya xəbərləri Materials 16 İyul 2010 14:49 (UTC +04:00)
İraqın xarici işlər naziri Hüşyar Zibari Ankaranın axtardığı Kürd Fəhlə Partiyasının (PKK) terrorçularının onun ölkəsi ərazisində olması barədə məlumatı təkzib edib. Bu barədə Türkiyənin CNN Turk telekanalı məlumat verib.
Türkiyənin axtardığı kürd separatçıları İraqın sərhədlərindən kənardadır – XİN rəhbəri

İraqın xarici işlər naziri Hüşyar Zibari Ankaranın axtardığı Kürd Fəhlə Partiyasının (PKK) terrorçularının onun ölkəsi ərazisində olması barədə məlumatı təkzib edib. Bu barədə Türkiyənin CNN Turk telekanalı məlumat verib.

Bundan əvvəl Türkiyə hökuməti Avropa ölkələrinə və İraqa gələcəkdə bu ölkələrdən Türkiyəyə ekstradisiya olunmaq məqsədilə hərbiləşdirilmiş PKK qruplaşmalarının ən təhlükəli terrorçularının adlarının daxil olduğu siyahı təqdim edib.

Zibari bəyan edib ki, adları rəsmi Bağdada təqdim olunan adamlar İraqın sərhədlərindən kənarda və ya İraq hökumətinin nəzarəti altında olmayan ərazilərdədirlər.

İraq-Türkiyə sərhədində yerləşən Qəndil dağları PKK terrorçularının toplaşdıqları ən əsas ocaqlardan biridir.

Zibari iddia edir ki, Ankaranın separatçılar İraq ordusunun nəzarət etmədiyi dağlarda və dərələrdə gizlənirlər.

O deyib ki, rəsmi Bağdad İraqın şimalında PKK terrorçularına qarşı mübarizədə Ankara ilə əməkdaşlıqdan imtina etmir.

Ötən ay Türkiyə Silahlı Qüvvələri separatçılarla mübarizə aparmaq üçün İraqla sərhəddə irimiqyaslı əməliyyatlara başlayıb. Bundan sonra terrorçuların türk hərbi bazalarına hücumları nəzərəçarpacaq dərəcədə çoxalıb.

Xəbər lenti

Xəbər lenti