Türkiyənin Van əyalətində yerləşən daş karxanasında dinamitin partlaması nəticəsində ən azı 27 nəfər xəsarət alıb. Onlardan 10-u uşaqdır. Məlumatı Anadolu informasiya agentliyi yayıb.
Partlayış əhaliyə əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilib. Bütün yaralılar şəhər xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti ağır qiymətləndirilir.