Türkiyənin Divriqi və Ərzincan şəhərlərini birləşdirən dəmir yolunda minanın partlaması nəticəsində səkkiz vaqon aşıb. Bu barədə Türkiyənin CNN Turk telekanalının saytı məlumat verib.
Sərnişin və yük vaqonlarından ibarət qatar dəmir yollarından birinə qoyulan minaya düşərək partlayıb. Bu barədə telekanala Türkiyənin dəmir yolu idarəsindən məlumat verilib.
Yaralanan və ölənlərin olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.