İranın xarici işlər naziri Mənuçöhr Möttəki sabah Suriyaya səfər edəcək. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, Möttəki səfər zamanı suriyalı həmkarı Vəlid əl-Müəllimlə görüşəcək və İsrailin Livanın cənubuna son hücumu, regional və beynəlxalq məsələlər haqqında müzakirələr aparacaq.