İranın şimal-şərqində yerləşən "Haşimi Nijad" qaz kəmərində baş vermiş partlayış nəticəsində 16 nəfər xəsarət alıb, 4 nəfər ölüb. Məlumatı ILNA agentliyi yayıb.
Partlayış İranın Xorasan-Rəzəvi əyalətinin Məşhəd şəhəri yaxınlığından keçən qaz kəmərində baş verib. İranın Milli Qaz Şirkətinin rəhbəri Əli Rza Qəribinin sözlərinə görə, partlayış dağ şəraitində işləyən ekskavatorun aşaraq kəmərə toxunması nəticəsində baş verib.