...

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum başlayıb

Dünya xəbərləri Materials 12 Sentyabr 2010 14:23 (UTC +04:00)
Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum başlayıb, TRT-ın Azərbaycan redaksiyası xəbər verir.
Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum başlayıb

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı referendum başlayıb, TRT-ın Azərbaycan redaksiyası xəbər verir.

49 milyon seçici referendumda konstitusiya dəyişikliyinə "hə" və ya "yox" deyəcək.

Səsvermə ölkənin şərq hissəsində yerli vaxtla 07:00-da, qərb hissəsində 08:00-da başlayıb, müvafiq olaraq 16:00 və 17:00-da başa çatacaq.

Saat 18:00-adək referendumun nəticələri ilə bağlı yayımlar qadağan edilib. Saat 21:00-dan sonra isə bütün yayımlar sərbəstdir.

Referendumda provokasiyalarla bağlı məlumat alan təhlükəsizlik qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib. Səsvermə məntəqələri nəzarət altında saxlanacaq, provakatorlar anında təsbit ediləcək.

Xüsusilə ölkənin cənub-şərq vilayətlərində fövqəladə tədbirlər görülüb. Diyarbəkirdə 7650 polis vəziyyətə nəzarət edir.

Təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyan bölgələrdə qutular zirehli hərbi avtomobillərin müşayiətilə seçki məntəqələrinə aparılıb. Dağ kəndlərindəki seçki komissiyaları üzvləri isə vertolyotlarla məntəqələrə çatdırılıblar.

İstanbul, Van və Batmanda boykot vərəqələri yayan, vətəndaşları təhdid edən və seçki məntəqələrinin qurulduğu məktəblərdə aksiya keçirməyi planlaşdıran 61 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti