...

İran ABŞ-da qadın barəsində çıxarılan ölüm hökmünü pisləyir

Dünya xəbərləri Materials 14 Sentyabr 2010 13:33 (UTC +04:00)
İran Parlamenti yanında İnsan haqları komitəsi Virciniya ştatı məhkəməsinin ölüm cəzasına məhkum etdiyi amerikalı qadının işi üzrə iclas keçirib.
İran ABŞ-da qadın barəsində çıxarılan ölüm hökmünü pisləyir

İran Parlamenti yanında İnsan haqları komitəsi Virciniya ştatı məhkəməsinin ölüm cəzasına məhkum etdiyi amerikalı qadının işi üzrə iclas keçirib. Bu barədə "Press-TV" məlumat verib.

"Biz beynəlxalq birlikdən və insan haqlarının müdafiəçisi roluna iddialı olan ölkədən Virciniya ştatında Tereza Luisin edamının ləğv edilməsini tələb edirik. Çünki o, əqli cəhətdən naqisdir və yaxşını pisdən ayırmaq iqtidarında deyil", - komitənin sədri Zöhrə İlahian bildirib.

41 yaşlı Luis 2002-ci ildə ərini və oğulluğunu bilərəkdən öldürdüyünə görə edam cəzasına məhkum olunub.

Hökm sentyabrın 23-də zəhərli iynə vasitəsilə icra olunacaq. Luis son 98 il ərzində bu ştatda edam olunacaq ilk qadındır.

Luisin vəkilləri onda psixi pozğunluq olduğunu israr etsələr də, Virciniya ştatı bu etirazları nəzərə almır.

Xəbər lenti

Xəbər lenti