...

İranın "Cundulla" qruplaşmasının girov götürdüyü altı nəfərdən ikisi azad olunub

Dünya xəbərləri Materials 18 Sentyabr 2010 11:51 (UTC +04:00)
Dünən gecə İslam İnqilabı Keşikçiləri Koprusunun (İİKK) həyata keçirdiyi əməliyyat nəticəsində "Cundulla" qruplaşmasının girov götürdüyü altı hərbi qulluqçudan ikisi azad olunub. Bu barədə İİR DİN rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini məlumat verib. Xəbəri ILNA agentliyi yayıb.
İranın "Cundulla" qruplaşmasının girov götürdüyü altı nəfərdən ikisi azad olunub

Dünən gecə İslam İnqilabı Keşikçiləri Koprusunun (İİKK) həyata keçirdiyi əməliyyat nəticəsində "Cundulla" qruplaşmasının girov götürdüyü altı hərbi qulluqçudan ikisi azad olunub. Bu barədə İİR DİN rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini məlumat verib. Xəbəri ILNA agentliyi yayıb.

Sentyabrın 16-da İranın Sistan-Bəlucistan vilayətində Sarbaz şəhəri yaxınlığında "Cundulla"nın üzvləri avtobusu ələ keçiriblər və altı nəfəri girov götürüblər. Əldə olan məlumata görə, girovlardan beşi "Kenarak" HHQ qərargahının hərbçiləri, biri isə bank əməkdaşıdır.

Bəluc sünnilərinin təşkilatı olan "Cundulla" qruplaşması 2003-cü ildə yaradılıb və həm İranda, həm də qonşu Pakistanın Bəlucistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundulla"ı kütləvi qətllərdə, silahlı soyğunçuluqda, partlayış və təxribatlar törətməkdə ittiham edir. Tehranın iddialarına görə, qruplaşma ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlaqəlidir.

Xəbər lenti

Xəbər lenti