...

İran Azərbaycan ilə Xəzər dənizində birgə hərbi təlimlər keçirə bilər

Dünya xəbərləri Materials 12 Oktyabr 2010 19:01 (UTC +04:00)
"İran Azərbaycan ilə Xəzər dənizində birgə hərbi təlimlər keçirə bilər.
İran Azərbaycan ilə Xəzər dənizində birgə hərbi təlimlər keçirə bilər

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Cəfərov/

"İran Azərbaycan ilə Xəzər dənizində birgə hərbi təlimlər keçirə bilər. Biz Azərbaycanla birlikdə Xəzərdə hərbi təlimlər keçirməkdə heç bir maneə görmürük". Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında İranın müdafiə naziri, general Əhməd Vahidi bildirib.

Onun sözlərinə görə, Xəzərdə hərbi təlimlər narkotiklərlə mübarizə, terrorizmlə mübarizə və digər sahələrdə ola bilər: "İran Xəzərin təhlükəsizliyi ilə bağlı bütün Xəzəryanı ölkələrlə hərbi təlimlər keçirməyə hazırdır. O cümlədən Azərbaycanla da", - Vahidi deyib.

Xəbər lenti

Xəbər lenti