...

Fars körfəzi ölkələri İranla danışıqların gedişi barədə məlumatlandırılmalıdırlar – Bəhreyn XİN rəhbəri

Dünya xəbərləri Materials 13 Dekabr 2010 17:44 (UTC +04:00)
Fars körfəzi ölkələri İranın dünyanın iri dövlətləri ilə özünün nüvə proqramı üzrə apardığı danışıqlar barədə məlumat almaq istəyirlər.
Fars körfəzi ölkələri İranla danışıqların gedişi barədə məlumatlandırılmalıdırlar – Bəhreyn XİN rəhbəri

Fars körfəzi ölkələri İranın dünyanın iri dövlətləri ilə özünün nüvə proqramı üzrə apardığı danışıqlar barədə məlumat almaq istəyirlər. Bu barədə Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd əl-Xəlifə küveytli həmkarı şeyx Məhəmməd əs-Sabahla birgə mətbuat konfransında bəyan edib. Məlumatı "Tabnak" yayıb.

O deyib ki, region ölkələri İranla yaxın olduqlarına görə sonuncu mərhələsi Cenevrədə keçirilən danışıqların gedişi barədə məlumatlandırılmalıdırlar.

"Biz müzakirələrdə iştirak etməyimizi xahiş etmirik, sadəcə baş verənlərdən xəbərdar olmaq istəyirik, - şeyx Xalid bildirib. - Bizim üçün danışıqların pozulmaması çox vacibdir".

O əlavə edib ki, İran problemi ilə bağlı danışıqlarda uğur "regiondakı vəziyyəti yaxşılaşdıracaq".

Dekabrın 7-də Cenevrədə İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsi başa çatıb. Danışıqlarda Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iştirak edib. İranı danışıqlarda Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili təmsil edib.

Danışıqlar prosesinin yekunları üzrə yanvarın sonunda müzakirələrin İstanbulda davam etdirilməsi qərara alınıb.

İranın "altılıq"la danışıqları 2009-cu ildə BAEA-nın İdarə Şurası səs çoxluğu ilə Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşasına görə İranı mühakimə edən qətnamə qəbul etdikdən və Tehranı "agentliyə bəyan edilməyən digər nüvə proqramlarının həyata keçirilməsi barədə qərar qəbul edilməməsi"ni təsdiq etməyə çağırdıqdan sonra dayandırılmışdı.

"WikiLeaks" saytında dərc olunmuş ABŞ-ın diplomatik nümayəndələrinin sənədlərində deyilir ki, Fars körfəzinin bəzi ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ABŞ-ı nüvə silahı yaratmaqda ona mane olmaq üçün İrana qarşı hərbi əməliyyatlara çağırır.

Ötən həftənin sonlarında ABŞ-ın müdafiə naziri Robert Geyts deyib ki, Fars körfəzi ölkələri İranın nüvə proqramı tərəfindən təhdidlərlə bağlı Vaşinqtonun mövqeyini bölüşürlər və Tehrana qarşı sanksiyaların tətbiqinin davam etdirilməsini dəstəkləyirlər.

Xəbər lenti

Xəbər lenti