...

İraq Prezidenti Türkiyəyə gəlib

Dünya xəbərləri Materials 21 Dekabr 2010 17:33 (UTC +04:00)
İraq Prezidenti Cəlal Tələbani İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının 11-ci sammitində iştirak etmək üçün İstanbula gəlib.
İraq Prezidenti Türkiyəyə gəlib

İraq Prezidenti Cəlal Tələbani İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının 11-ci sammitində iştirak etmək üçün İstanbula gəlib. Məlumatı "Anadolu" agentliyi yayıb.

Sammitdə İraqı fəxri qonaq qismində təmsil edəcək Tələbani çərşənbə günü axşam Çırağan sarayında qəbulda olacaq.

Tükiyəyə səfər zamanı Tələbani Prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Hazırda təşkilata Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da daxildir.

Dekabrın 23-də İstanbulda təşkilatın dövlət və hökumət başçılarının 11-ci görüşü keçiriləcək.

Yüksək səviyyəli görüşdən əvvəl dekabrın 21-22-də İstanbulda İƏT-ə üzv dövlətlərin yüksək vəzifəli şəxslərinin və Nazirlər Şurasının iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti