...

ABŞ-ın sabiq konqresmeni həbs olunub

Dünya xəbərləri Materials 11 Yanvar 2011 11:56 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq Respublikaçı çoxluğunun liderlərindən olan Tom Delay çirkli pulların yuyulması və dələduzluq hərəkətlərinə görə 3 il həbs cəzasına məhkum edilib.
ABŞ-ın sabiq konqresmeni həbs olunub

ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq Respublikaçı çoxluğunun liderlərindən olan Tom Delay çirkli pulların yuyulması və dələduzluq hərəkətlərinə görə 3 il həbs cəzasına məhkum edilib. Trend-in Türkiyənin "Star" qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Texas ştatının Austin şəhər məhkəməsində baxılan məhkəmə işində hakim Pat Priest Delayı Respublikaçılar Partiyasının bəzi deputatlığa namizədlərinə qeyri-qanuni şəkildə pul köçürməsinə görə 3 il həbs cəzasına məhkum edib.

Delay partiyasının millət vəkilliyinə namizədlərinə 2002-ci ildə qeyri-qanuni şəkildə 190 min dollar pul ötürməkdə ittiham olunmuşdu.

Hakimin qərarı oxumasından öncə Delay verdiyi ifadədə bildirib ki, ona qarşı irəli sürülən iddianın siyasi məqsəd daşıdığını və heç bir zaman qanunları pozmaq fikri olmadığını deyib. Sabiq konqresmen etmədiyi şeyə görə peşman olmadığını bildirib.

Delayın vəkili Dik DeGuerin də jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, qərarla bağlı apelyasiya şikayəti verməyə hazırlaşırlar.

Sərt rəftarlarına görə "çəkic" ləqəbi ilə xatırlanan və bir zamanlar ABŞ siyasətinin ən güclülərindən biri olan Delay Nümayəndələr Palatasının "2 nömrəsi" mövqeyinə qədər yüksəlmişdi.

Xəbər lenti

Xəbər lenti