...

İranda "Quest" şirkətinin 300 üzvü həbs edilib

Dünya xəbərləri Materials 14 Yanvar 2011 15:33 (UTC +04:00)
İran polisinin "Quest" şirkətinin 20 nümayəndəliyində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil cinayətkar dəstənin 300 üzvü həbs olunub.
İranda "Quest" şirkətinin 300 üzvü həbs edilib

İran polisinin "Quest" şirkətinin 20 nümayəndəliyində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil cinayətkar dəstənin 300 üzvü həbs olunub. Bu barədə FARS xəbər agentliyi məlumat verir.

Məlumatda bildirilir ki, həmin dəstə dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyon dollarlarla pulunu ələ keçirib.

Onlar barəsində cinayət işi açılıb.

"Quest" dünyanın ən məşhur fırıldaqçı şirkətlərindən biri sayılır. Bir çox ölkələrdə bu şirkətin fəaliyyəti qadağan olunub.

Xəbər lenti

Xəbər lenti