...

İranda İsrailin Ron Arad fondu ilə əməkdaşlıq edən şəxslər həbs olunub

Dünya xəbərləri Materials 31 Yanvar 2011 11:28 (UTC +04:00)
İranda İsrailin Ron Arad fondunun saytı ilə əməkdaşlıq edən bir neçə nəfər həbs olunub. Bunu İranın təhlükəsizlik naziri Heydər Müslehi deyib. Trend-in məlumatına görə, bu barədə FARS xəbər agentliyi məlumat verir.
İranda İsrailin Ron Arad fondu ilə əməkdaşlıq edən şəxslər həbs olunub

İranda İsrailin Ron Arad fondunun saytı ilə əməkdaşlıq edən bir neçə nəfər həbs olunub. Bunu İranın təhlükəsizlik naziri Heydər Müslehi deyib. Trend-in məlumatına görə, bu barədə FARS xəbər agentliyi məlumat verir.

Müslehi deyib ki, Ron Arad fondunun saytı vasitəsi "Mossad" təkcə İranda deyil, həm də qonşu ölkələrdə casusluqla məşğuldur.

Müslehi əlavə edib ki, Ron Arad fondu ilə əməkdaşlıq edən digər şəxslər fevralın 11-nə kimi özlərini təhlükəsizlik qüvvələrinə təqdim edərək əməkdaşlıq etsələr, onlar barəsində güzəştlər tətbiq ediləcək.

Müslehi neçə nəfərin həbs olunması barədə açıqlama verməyib.

Yanvarın əvvəllərində İranda nüvə fizikası üzrə alim Məsud Əliməhəmmədinin ölümündə təqsirli bilinən "İsrail casus şəbəkəsi"nin həbs olunması barədə məlumat verilmişdi.

Məlumatda bildirilir ki, İsrailin "Mossad" gizli kəşfiyyat xidməti bir sıra Avropa ölkələrində, eləcə də İranla qonşu dövlətlərdə terror aktlarının həyata keçirilməsi üçün bazalar yaradıb. Həmin terror aktlarından biri də Əliməhəmmədinin qətli olub.

Rod Arad fondunun saytı İsrailin Livanda itkin düşmüş pilotu (Ron Arad) haqqında məlumat əldə etmək məqsədi ilə təsis olunub. İsrail rəsmiləri Aradın İranda olduğunu düşünür. Sayt Ron Arad haqqında düzgün məlumat verən şəxsə 10 milyon dollar mükafat ayırıb. Bu pilotla bağlı 1989-cu ildən indiyədək heç bir məlumat əldə olunmayıb.

Xəbər lenti

Xəbər lenti