...

Qahirədəki toqquşmalarda üç nəfər həlak olub, 600 nəfərdən artıq insan xəsarət alıb(YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 3 Fevral 2011 02:05 (UTC +04:00)
Qahirədə Təhrir (Azadlıq) meydanında Misir Prezidenti Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşmalar nəticəsində bir nəfər ölüb, 600-dən artıq insan xəsarət alıb, bu barədə Misirin Səhiyyə Nazirliyinə istinadən "RİA Novosti" məlumat verib.
Qahirədəki toqquşmalarda üç nəfər həlak olub, 600 nəfərdən artıq insan xəsarət alıb(YENİLƏNİB-3)

Həlak olanlar barədə məlumat yenilənib, 4-cü abzasda təfərrüatlar əlavə olunub (ilk xəbər 17:46-da yayılıb)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Qahirədə Təhrir (Azadlıq) meydanında Misir Prezidenti Hüsnü Mübarəkin tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşmalar nəticəsində üç nəfər ölüb, 611 insan xəsarət alıb, bu barədə Misirin Səhiyyə Nazirliyinə istinadən "RİA Novosti" məlumat verib.

Çərşənbə günü meydanın mərkəzinə prezident Hüsni Mübarəkin tərəfdarları atlarla daxil olublar və müxalifətlə onlar arasında  toqquşma baş verib. Bundan sonra bir neçə saat ərzində onlar Mübarəkin əleyhdarları ilə bir-birlərinə daş atıblar.

"Əl-Cəzirə" telekanalı məlumat verib ki, sözügedən atlılar mülkı geyimli polis əməkdaşlarıdır.

Hazırda toqquşmalar davam edir. Ordu hələ ki baş verənlərə müdaxilə etmir.

Prezident Hüsnü Mübarəkin çıxışından sonra Misirdə vəziyyət gərgin olaraq qalır. Müxalifçilərin əksəriyyəti hələ də onun istefasını tələb edir. Lakin küçələrə prezidentin on minlərlə tərəfdarı çıxıb.

Mübarək tərəfdarların əsas toplaşdığı yer böyüklüyünə görə Təhrir meydanından sonra ikinci olan "Əl-Muhadisin" rayonundakı Mustafa Mahmud meydanı olub.

Etiraz aksiyaları artıq doqquz gündür Misirdə həyatı iflic edib. Nümayişçilər Prezident Mübarəkin getməsini, siyasi və iqtisadi islahatların aparılmasını tələb edirlər. Prezident öz növbəsində çərşənbə axşamı bəyan edib ki, cari ilin sentyabrında prezidentlik müddəti başa çatdıqdan sonra gedəcək və bu müddət ərzində köklü islahatlar aparacaq.

Xəbər lenti

Xəbər lenti