...

2010-cu ildə İranda ən azı 546 nəfər edam olunub

Dünya xəbərləri Materials 24 Fevral 2011 15:08 (UTC +04:00)
İranın İnsan Haqları Təşkilatı (Iran Human Rights) 2010-cu ildə bu ölkədə 546 məhbusun edam olunduğunu açıqlayıb.
2010-cu ildə İranda ən azı 546 nəfər edam olunub

İranın İnsan Haqları Təşkilatı (Iran Human Rights) 2010-cu ildə bu ölkədə 546 məhbusun edam olunduğunu açıqlayıb. Bu barədə Trend İran İnsan Haqları Təşkilatının /iranhr.net/ rəsmi saytına istinadən məlumat verir.

"2010-cu ildə İranda edamlarla bağlı məruzəni yeni edam dalğalarının baş verdiyi bir zamanda hazırlayırıq. İranın rəsmi mənbələrinin açıqlamasına görə, 2010-cu ildə 346 nəfər və 2011-ci ilin yanvar ayında 85 nəfər edam olunub. Edam olunan şəxslərdən üç nəfər 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra baş vermiş qarışıqlıqda həbs olunan şəxslərdir", - məlumatda deyilir.

Məlumatda həmçinin bildirilir ki, İranda son illər edamların sayı artıb və bu, İslam Respublikasında 80-cı ilərdə baş vermiş edamlardan sonra geniş miqyaslı edamlar hesab olunur.

İran İnsan Haqları Təşkilatı beynəlxalq ictimaiyyəti ölkədə baş verən edamların tez bir zamanda dayandırılması üçün münasibət bildirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti