...

İranın ali lideri əfv fərmanı imzalayıb

Dünya xəbərləri Materials 5 Aprel 2011 10:20 (UTC +04:00)

İranın ali lideri ayətullah Əli Xamneyi ölkənin İslam Respublikası Günü münasibətilə həbsdə olan 601 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb. Bu barədə Trend İranın ali liderinin rəsmi xəbər saytı leader.ir-ə istinadən məlumat verir.

İranın məhkəmə sisteminin rəhbəri Sadiq Amoli Laricani Respublika Günü münasibətilə ali liderə müraciət edib. Məktubda 601 məhbusun əfv edilməsi xahiş olunur. Ayətullah Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Hər il İranda fərvərdin ayının 12-si (aprelin 1-i) İslam Respublikası Günü kimi qeyd edilir. 1358-ci il (1979-cu il) fərvərdin ayının 12-si İran xalqı ölkədə siyasi quruluşun müəyyənləşdirilməsi məqsədi ilə keçirilən referendumda İslam Respublikası quruluşunun lehinə səs verib.

Xəbər lenti

Xəbər lenti