...

İranda qanadlı raketlərin yeni istehsal xətti açılacaq

Dünya xəbərləri Materials 7 Aprel 2011 12:14 (UTC +04:00)
İranın müdafiə naziri Əhməd Vəhidi yaxın gələcəkdə qanadlı raketlərin yeni istehsal xəttinin açılacağını deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İranda qanadlı raketlərin yeni istehsal xətti açılacaq

İranın müdafiə naziri Əhməd Vəhidi yaxın gələcəkdə qanadlı raketlərin yeni istehsal xəttinin açılacağını deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Vəhidi yeni qanadlı raketlərin xüsusiyyətləri barədə məlumat verməyib. O, cari ildə İran Silahlı Qüvvələrinin hərbi sənaye sahəsində yeni nailiyyətlərinin təqdimatının keçiriləcəyini deyib.

Bu raketdən strateji hücum vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur. Bu tip raketlərin əsas xüsusiyyəti onun alçaqdan uçma (30-100 m) və hədəfi dəqiq vurma qabiliyyətidir.

Xəbər lenti

Xəbər lenti