Təfərrüatlar əlavə olunub (ilk xəbər 14:46-da yayılıb)
Azərbaycan, Bakı, 24 iyun /Trend/
Bu gün Türkiyənin kurort əyaləti Antaliyanın Alanya rayonunda içərisində rus turistlər olan avtobus yol qəzasına düşüb. Hadisə zamanı 15 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-i xəbər yayıb.
İlkin versiyaya görə, dayanmış turist avtobusuna mikroavtobus çırpılıb. Xəsarət alanlar yerli xəstəxanalara çatdırılıblar. Orada onlara ilk tibbi yardım göstərilib.