Azərbaycan, Bakı, 4 iyul /Trend/
Rusiya hökuməti Dövlət Dumasının müzakirəsinə təklif edilməsi üçün Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişi bəyənib və onu Prezident Dmitri Medvedevə təqdim edəcək. Bu barədə bazar ertəsi Nazirlər Kabinetinin sərəncamında deyilir. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.
Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.
1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.
Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.